Uncategorized

Kiçik sahibkarlığın inkişafında Digital Marketingin rolu

Hər bir ölkənin iqitsadi inkişafı və rəqabət saviyyəsinin artırlmasında Kiçik və Orta Biznes Sahibkarlarının (KOS) oynadığı mühüm rol danılmazdır. İqtisadiyyatın müxtəlif sahələrə diversifikasiyasında (şaxələnməsi və zənginləşməsi)  vacib rol oynamalqma yanaşı, KOSlarda iş yerlərinin artım dinamikası digər subyektlərlə müqayisədə daha dinamikdir. Bu gün inkişaf etmiş dövlətlərdə KOSların Ümumdaxili Məhsulun formalaşmasında payı 50%-dən, Almaniya, Isveçrə və Avstriyada isə 90%-dən çoxdur. Müqaisə üçün MDB ölkələrindən Rusiyada bu göstərici 25%, Qazaxstanda 21%, Özbəkistanda 56%, qonşu Türkiyədə isə 65% yaxındır. Əgər orta sahibkarlar KOS sinfi daxilində stabil gəlirlilik və artan dövriyyələrlə xarakterizə olunursa, kiçik sahibkarlar öz növbəsində yenilikçilik və yaradıcı yanaşmaları ilə ölkənin rifahı üçün yeni pöhrələr yaradırlar.

Bu gün kiçik sahibkarların yeni işə başlamasında əldə etdikləri ən mühüm üstünlüklərdən biri dərhal tam rəqəmsallaşma imkanıdır. Yəni 10-15 il bundan öncəki dönəmlə müqayisə etdikdə kiçik sahibkarlar istər daxili prosseslərin, nəzarətin, məhsul və layihə idarəetmənin, istərsə də satışın təşkili və satış sonrası müştərilərlə əlaqələrin idarə edilməsində bir çox yenilik və çevikliyinə görə digital inqilaba borcludur. Böyümə və yetərli gəlir eldə etməyi hədəfləyən sahibkarlar rəqəmsallaşmadıqca rəqabətcillik gücünü, işlədikləri sektorun strukturundan asılı olaraq gec-tez itirməyə məcbur olur.

Cisco şirkətinin 2015-ci ildə irəli sürdüyü “Rəqəmsal Burulğan” modelinə əsasən müxtəlif sektorlar burulğanın mərkəzinə getdikcə rəqəmsallaşma dərəcəsini artırmalıdır.

Şəkildən göründüyü kimi Texnologiya, Media və Əyləncə, eləcə də Ticarət və Maliyyə sektorları ilkin olaraq rəqəmsallaşmanı tətbiq etməsi zəruri olan sektorlardır. Farmaseptika, Neft və Kommunal xidmətlər sektorları isə öz təşkilatı və biznes inkişafında tam rəqəmsallaşmama yolunu seçə bilərlər. Öncəki illərlə müqayisədə, bu gün şirkətlərin rəqəmsallaşmasında ən çətin məqam, “niyyət” məsələsidir. Başqa sözlə Digital Ekosistemin çoxşaxəli iştirakçıları, rəqabətin ultra yüksək səviyyədə olması və buna əks olaraq qiymətlərin keyfiyyətə tərs mütənasib stabil qalması hər hansı baryerin olmamasından xəbər verir.

Kiçik biznesin qarşısındakı əsas məqsəd –  biznesin inkişafı və müştəri gəlirliliyinin artması hədəfindən irəli gələrək ilkin rəqəmsallaşma təması DİGİTAL MARKETİNG-dir. Öncəki yazılarımızda Durğunluq Dövründə Digital Marketing-in önəmini vurğulamışdıq. Bu dəfə isə kiçik və fərdi sahibkarları marketinq işinin təşkilinə düzgün və çağdaş istiqamətləndirmək niyyətindəyik.

Təfərrüatlara keçmədən öncə hazırda işguzar təbəqənin Digital Marketing barəsində olan bəzi təhrif edilmiş stereotiplərinə toxunmaq istərdim:

  • Digital Marketing yalnız reklamdır – Rəqəmsal marketing ekosisteminə nəzər yetirsək, bir çox hallarda onun kütləvi reklam konseptinə (advertising) yad olduğunu, daha çox hədəf kütləyə fokuslandığını görərik. Digər tərəfdən kommunikasiya digital marketingin axtarış, analiz, konsept elementlərindən sonra gələn hissəsidir, ən əsas hissəsi deyil.
  • Digital Marketing emosional deyil – Bu səciyyə daha çox FMCG, Gündəlik Qayğı və Gigiyena, eləcə də yemək sektorundan gələn geridönüşdür. Bu gün istər video fraqment və ya videoinfografikarlarla müştərilərdə lazımı emosinal hissləri oyatmaq, onları düşündürərək istiqamətləndirmək təsdiqlənmiş praktikadır.
  • Email marketing səmərəsiz və bezdiricidir – Bu email marketing kanalının “müştəri ovlamaq” rolunda görənlər tərəfindən irəli sürülən mülahizədir. Halbuki heç bir halda email marketing “tanımadığı” müştərini narahat etməməlidir. Səmərəli Digital marketing konseptinə əsasən email marketing müştərisinə bu kanal vasitəsilə səmərəli məlumatı düzgün tezliklərdə çatdırır.
  • Digital Marketing ancaq Social Şəbəkələrdədir – Goolge Search analitik məlumatlarına əsasən Azərbaycandan 37 milyondan çox sayt indekslənir və orta hesablar hər internet istifadəçisinə 7 səhifə düşür. Bundan əlavə Azərbaycan dilli məzmunun artması həmin yerlərdə kommunikasiya meydançalarının sayını artırır.
  • Digital Marketing çox qəlizdir – Əslində Digital Marketinq-də hər elementin ölçülə bilməsi onun qəlizliyini deyil, səmərəsini göstərir, dəyişikliklərə çox çevik reaksiya verməyə imkan verir. Burada əsas məsələ lazımi analitik vasitələrin və monitorinq üslubunun düzgün seçilməsidir.

Bəs bu gün kiçik və fərdi sahibkarlar digital marketingdən necə yararlana bilər və necə bunu öz bizneslərinin tərəfdaşına çevrilər bilər? Cavab, əvvəldə də qeyd etdiyimiz kimi, şirkətin digital marketing imkanları ilə inteqrasiyasındadır və bu inteqrasiya istər:

  • Daxili və hədəflənən xarici bazarın analitikasını – (Google Trends, SocialBakers s.)
  • Müştərilərin rəqəmsal səsinin “dinlənməsini” – (Social Mention, Hootsuite, Icerocket və s.)
  • Məhsula tələbat və ehtiyacların yaradılmasını – (Blog, Pinterest və s.)
  • Peşəkar məzmunun yaradılmasını ( Canva, Piktochart, Infogr.am və s.)
  • İstərsə də axtarış və sıralamanı (ranking) – (Google Serch Concole, Google Analytics, Adwords, SEM Rush və s.) özündə birləşdirir.

Beləliklə, kiçik sahibkarlar müştəri və bazarın analizi halqasında başlayaraq sonda əldə edilmiş məlumat və satışların analiz edilməsinə qədər olan halqanı digital marketing vasitəsilə reallaşdıra və mütəmadi olaraq effektivliyini ölçə bilərlər. Bu üstünlüyü isə rəqəmsal olmadan əldə etmək çətindir. Rəqəmsallaşmaya baş vurmayan kiçik və fərdi sahibkarlar anlamalıdır ki, hədəflənən müştəri kütlələri arasında sərhədlər getdikcə itir və rəqəmsal ortamın hüdud və baryerləri olmadığı səbəbdindən onlar rəqabəti daha peşəkar və ixtisaslı xarici bazar iştirakçılarına asanlıqla uduza bilərlər. Belə olduğu halda isə dilemmanı həll edərək ya bazarı tərk etməli, yaxud da digital marketing kompetenisyasını gücləndirmək lazımdır.